We’ve updated our Terms of Use to reflect our new entity name and address. You can review the changes here.
We’ve updated our Terms of Use. You can review the changes here.

Huril​ə​r

by Ali Khayyam

/
  • Streaming + Download

    Purchasable with gift card

     

about

© 2015, MadHouse Community, LLC.
Youtube: goo.gl/iIDd6E

Əlaqə: goo.gl/1U67B2

lyrics

Hər ölüm vaxtsız imiş
Bircə mən öləndə
"Düz vaxtında öldü" dedilər
Danışdıqları da yalan imiş
Ağrısız torpağı da hiss etmirsən
Bilmirəm, neçə gündü ki, Cənnətdəyəm
Burada zaman yox, məkan yox
Bədənim yox, saçlarım yox
Özüm yox
Bir işıqdan ibarətəm, bir də nurdan
Cənnətdə gecəylə rəqs edir sufilər
Bir də yanımda, bilmədiyim bir dildə
Mahnı oxuyur mənə gözü boyalı hurilər

Soruşdular ki, niyə uzun illər inanmamısan göylərə?
Dedim ki "Mən özüm tapmaq istəmişəm"
Dedim ki "Mən gecə yatmayan tayfadanam,
Dağılmış dünyanı oxuyaraq tikənlərdən
Tanrının sevgisini çaxır edib içənlərdən"
Bir də gördüm ki,
Mənə çaxır süzür sufilər
Və qulağıma bilmədiyim bir dildə
Mahnı oxuyur mənə
Gözü boyalı hurilər

Otur kədərinlə, qardaş, bir siqaret yandır
Çox az adam bilər, kədər, siqaret və gecə
Üç qardaşdır
Ölüb getdikdə anlamışam, məsələn
O boyda dünyanın bir əmması mənəm
Nəysə, mən durum gedim
Bilmədiyim bir dildə
Pıçıldayır yenə pərim

credits

released February 15, 2015

license

all rights reserved

tags

about

İyirmi Beşinci Payız Baku, Azerbaijan

"İyirmi Beşinci Payız" səhifəsi tərəfindən hazırlanmışdır.

instagram: @xxvpayiz

contact / help

Contact İyirmi Beşinci Payız

Streaming and
Download help

Report this track or account

If you like Hurilər, you may also like: