We’ve updated our Terms of Use to reflect our new entity name and address. You can review the changes here.
We’ve updated our Terms of Use. You can review the changes here.

Morfin

by Ali Khayyam

/
  • Streaming + Download

    Purchasable with gift card

     

1.
Sarıya boyuyuram dünyamı, dünya sarı saçlı Yaxamı buraxmır sənsizliyin ağrısı Bir bakı günü, bir sənsizlik həftəsi Sarı saçlarından özümü asmaq kimi Soyuq qışda, qurbətdə qalmaq kimi, Olmamağın, bu yoxluq, bu sonsuzluq Yarımçıq cümlələrin, əllərin Addımların səkilərdə, səkilər məzarım kimi Buralar çıxıb gedə, gedə oralara və ya Çıxıb gedəsən buralardan sarı, çıxıb gedəsən və ya Yollar çıxa gedə, oraları gətirə və ya Dünya dəyişə, dünyamızı dəyişək sarı və ya Aç bir balaca qapı, bir az nəfəs ver mənə Boğuluram. Otağıma sənsizlik sıxışdırılıb Axı niyə bütün musiqilər sənsizliyi anladar? Sən sənsizliyini buraxıb gedərkən Bu şeirlər Bakını ağladar Uzaqlığın dodaqlarına çevrilir Sənsizliklə sevişirəm Qızımızın adını “Ayrılıq” qoyarıq Nəfəslərim tez-tez kəsildiyindən Tək nəfəsə yazıram artıq şeirləri Maraqsız yaşlanırıq, rənqsizləşirik Əminəm, Tanrı heç sevmir şairləri Yoruldun? Dur gedəy öləy Sarı saçlarını çəkirəm ciyərlərimə Bir az yoxluğun bulaşır şeirlərimə Sarı saçlarında ilişib-qalır bir neçə faciəm Özümü asdım bir səhər kirpiklərindən Sən oyanmamış Qısa ömrümdə illərdir eyni küçəyə Eyni qadına, eyni səkiyə Eyni siqaretə salamlar yağdırıram səhərlər Heç kəs mənə rənglərdən danışmasın İki gün çəkər uzunluğu bu zibil ömrümün, əgər Qanıma hər gün bir-iki doza səni vurmasam Nədənsə artıq sevə bilmirəm musiqini, və mən Səndən yazmağa utanan şairlərdən nifrət edirəm Və mən Sarı saçlarının səsini duyuram Bu şəhəri, hər yerindən Tərk etdiyim zaman Və mən Gec anladım getdiyini Tapmaq olmur yollarını Payızın yarpaqları, yolunu qizlədib sanki Mən bihuş, mən yarımçıq Mən heç olmamış kimi Səni səssiz sevə bilmirəm sanki Al dünyamı, al Sarı Bütün dünya sənin Sənin çiynin mənim Əllərim əllərinə ac Bir nəfəslik canla Pərişan, qapındayam sarı Aç

about

Kağızın üzərinə mürəkkəblə bir qadını və kədəri qarışdırmaq kimidir musiqinin üzərinə misraları pıçıldamaq. Köhnə evlərin, köhnəlmiş insanların, ağacların və bir otaq qaranlığının içindən süzüləcək bu şeirlər və kədərə aralıqsız can verən Bakıya sıxışıb ruhunuza dolacaq. Morfin ağrını özünə məhkum edəcək. Beləcə, mənim səssizliyimə çevrilən bu musiqini eşitmək üçün gözlərinizi yuma bilərsiniz.

credits

released February 7, 2015

© 2012, MadHouse Community, LLC.

license

all rights reserved

tags

about

İyirmi Beşinci Payız Baku, Azerbaijan

"İyirmi Beşinci Payız" səhifəsi tərəfindən hazırlanmışdır.

instagram: @xxvpayiz

contact / help

Contact İyirmi Beşinci Payız

Streaming and
Download help

Report this album or account

If you like Morfin, you may also like: