We’ve updated our Terms of Use to reflect our new entity name and address. You can review the changes here.
We’ve updated our Terms of Use. You can review the changes here.

Xamuş

by Ali Khayyam

/
  • Streaming + Download

    Purchasable with gift card

     

1.
Sənə dənizdən bir az mavi rəng gətirmişəm, Boya otağımızı. Əlimdə arxideyalar, mən gəlmişəm, Ağrı.. çox ağır, bu ağrı Səni sevməyi öyrənirəm.. Ağrı.. çox ağır Səni sevməyə öyrəşirəm mən Gecələr, yarımçıq yuxular, Sən və sənsiz şeirlərimin göz yaşlarını Kağızlar qurular Boğub illərimi sənsizliyimlə sarsılan Boz küçələrdə İşgəncələr, zindanlar, Gedişin, susuşun.. İzlər gözlərdə Və bir sevgiliydin İndi şəkil olmusan divarlarda, Tanımadığım evlərdə.. Və bir sevgiliydin, İndi xatirə olmusan Cızma-qara, qəmgin şeirlərdə Gecələr.. Səni sevməyə öyrəşirəm mən.. Coco: Günlər ötür, illər keçir Hamısı mənə unut onu deyir, Axı necə unuda bilərəm mən özümü?! Axı necə silim bir hərəkətə ömrümü?! İnsanlar səddi aramızda Hamısı da qəribədi, mələk donunda Elə bu mahnın da sonunda Sən öz yoluna, mən öz yoluma.. İndisə əlini ver, bir az rəqs edək Unudaq keçmişi, kədər də keçici Yum gözlərini.. Sadəcə rəqs elə Həyatın bəhsinə, sən sevin əksinə Bəlkə qismətimə yazılmış bu son rəqs.. İsti bir baxışla məni bağışla Xatırlayım səni, unutsam da sənsiz illəri Ali Khayyam: Yalançı yuxularımda yanağımdan öpməyin kimi Dizini qucaqlayıb, yalandan ağlamağın kimi Son görüşdə üşüyüb, titrəyən əllərin kimi Səhərlərə qədər qucaqlaşıb, şeir oxumağımız kimi Getmədiyimiz şəhərləri silirəm xəritəmdən Sənin kölgən mənim ölkəm Addımlarımla çəkirəm yeni dünyamı, mən səndənəm Aylar oldu şeir yazmayalı, ruhum küskün Sevgin məni elə silkələdi ki, bütün maskalarım düşdü Yaralarım sağalacaq.. Silib göz yaşlarımı, yenə qayıdacam yanına Yenə qayıdacam... İndisə əlini ver (Coco) Bitir çaxırını bir az rəqs edək, Deyirlər ki, xoşbəxtlik bir gün gedəcək (Əli Xəyyam) Yum gözlərini (C) Biti çaxırını bir az rəqs edək Sus, ağlama, hey, bu da keçəcək Yenə qayıdacam yanına (Ə) ... yazılmış bu son rəqs İsti bir baxışla, məni bağışla (C) Bitir çaxırını bir az rəqs edək Əllərin hardadır? Niyə üşüyürəm şaxtasında həsrətinin Bir neçə intihar səndən sonra və Bir ölüm.. Belə yaşamaqdansa Cəmiyyətdən qovulub gözlərim İçimdə yaşayır Qreqor Samsa Bu nədir, sevgilim, bu nədir?! Üşümək günəşin içində, Yanmaq kimi Bu günəş nədi, bu dünya nədi?! Tanrımı?! Eh, Coco, inandır məni..
2.
Yox, ee, yox 01:36
Yox, ee, yox Heç nə düzələsi deyil Bu təbiət, bu aləm Bu qəm Heç nə, heç nə bizi qoruyası deyil Səmtini itirmiş pişik kimi, Qarda oynayan uşaq kimi, Həzzə doymayan qadın kimi, Heç nə, heç nə düzələsi deyil Yox, ee, yox Hərdən göyə baxmaq da lazımdı, Səmavi bir dost da tapmaq lazımdı Heç nə, heç nə əvvəlki olası deyil Yox, ee, yox Kamanlar da əvvəlki kamanlar deyil Kəmbəxlər də artıq xoşbəxt deyil Yox, ee, yox Üzümüz güləsi deyil
3.
İçində bütün sevdiklərim, bir gəmi İllər necə də zəif Ayırdı yox bir qəmin Elə sənin gözlərin, məsələn, Elə əllərin Elə qəmi yaradan həmin, Sənin günəşlə rəqsə tutuşan kipriklərin Məsələn, mənim baxmağım kimi uzaqlara Məsələn, səni tapşırmağım kimi buludlara Ya da.. ya da musiqiyə şeirlə əlavə etmək bir neçə nota Qışı zorla qəbul etdirmək kimi bahara Səni sevmək kimi.. Səni sevmək kimi. Bilmirsən gedirsən hara Məsələn, eh, məsələn, heç nə..
4.
İntiharam 02:25
Üzümü xarabaya çevirən kədər Çizgilərim yorğun, gözlərim yorğun Barmaqlarım iki an içi hiss olunur: Bir şeir yazdığım kədərdə, Bir də sənin yoxluğunu sayanda Və artıq gün düzələsi deyil.. Yox, qardaş Və nəhayətki gecdi, gözləniləsi gün deyil Bu gün qiyamətdisə, Tanrının ayaq səsləridir kədər... Radiodan gələn səslər hələ də ağ-qaradır Şeirlərim oxunmur, oxuyanların hamısı inzivadadır, Plutonda günəşəm mən, sən nüvəm, De görüm, dünyam hardadır?! Uzaqlardan gələn dualar məsafələrdən yorulub Bəs deyilmi?! Cənnət ürəyindəki buzlar İllər sonra əriyibmi?! Yorğun səsinlə, de görüm, getməyinə dəydimi?! Sənsizliyi yaradanın şeirlərim üçün aldığı intiqamı Sənsizliyin qorxusundan yandırdım yanğını Dəlilik elə, əlinə bir qələm al, Bütün bədəninə yaz adımı! Gözlərindən beyninə girirəm, Şeirəm mən Bir gün əlinə ülgüc alacaq cəsarətdi bu şeirlər İntiharam mən Qocalanda qalacaq kədərimdi ürəyimdə İllərinəm mən Nəyinəm mən?! Günahlandır məni, de: gec deyildi De ki, gözlərini yumdun hər öpüşdə Deyəcəm ki, ölmüşdüm, xəbərin yox idi
5.
Və bilmədiyin şeylərdən qorxacaqsan Bir siqaret kimi qram-qram yanacaqsan Əhatə dairəmdən çox uzaqdasan.. uzaqdasan Və sıxıcı gələcək görünməz divarlar sənə Bezib, çəkib tüstü dolduracaqsan ciyərlərinə Mən səni çoxdan unutmuşam.. unutmuşam Və Bakı güldürməyəcək artıq üzünü Beynini damcı-damcı gəmirəcək üzüntü Hər yoxluğunda bir addım daha susmuşam.. susmuşam Və soyuq, qəhvəyi kafelərdə tək oturacaqsan Hər qadında, hər yataqda, hər kitabda unudulacaqsan Hər sevişmədə susacaqsan.. susacaqsan İçinə çəkib səsini.. səsini Və üfüqə burulğanlar üflüyüb söndürəcəm Günəşi Xəyalımdakı bütün şəhərlər bəyaz günbəzli Dodaqlarının zəhərindən dadmaq üçün.. Uzaqdasan.. unutmuşam.. susmuşam.. Səsini dadmaq üçün.. dadmaq üçün..
6.
Ver. 1 Səhər oyanıb günəşdən nifrət edirsən Qulağına axan səslər, bakını boğmaq istirsən Balığın içində boğulub ölməyin qorxusu Alınyazım yazılıb, axirətdə bu nəyin sorğusu? Gecə son kimin səsini eşidib yatır tanrılar? Düşmürəmsə, niyə əlimdən tutur qadınlar? Bir teleqraf göndərib evindən qaçaqsan Çünki ailən dünəndi, sən sabaxsan Barmaqlarını batırıb sürmənə, əllərimi qaralasaydın Ürəyin olmasaydı kaş, ürəyimdə yaşasaydın Işıq gördüyüm hər yerə hücumdayam, itmişəm Dönüb baxıram, mən bütün yolları səf getmişəm Sarı saçların arasında əzilərkən qürur Mən bir məhkum oluram ki, Bütün həyatını yumruq edib, divarlara vurur Mən misra-misra buraxarkən cansız bədənimi uçurumlara Siz də saniyə-saniyə ölərkən Mənə hansı həyatı qurmaqdan danışırsınız? O zaman ki zəmanəmizin Che-ləri partylərdə rəqs edirdilər Əclaflar küçələrdə bizim qanımızı əmirdilər Mən çıxmışam saxtalığımdan, qəbul etmişəm bərbadam Mən sənin əllərini axtararaq, cəhənnəmdə cənnət axtarışındayam Çünki dəqiqələr hücüm edərkən, uzaqlaşır itirilmiş evimiz Çünki saatın əqrəbləri kimiyik, bir dəqiqə çəkir sevgimiz Çünki mistik susgunluğdan karla danışıram əllərim səs olub Çünki sənsiz vaxtsız ölmüşəm, varlığım ağır dərd olub Çünki adsız qəsəbədə doğulur qızımız mənim ruhumdan Çünki mən hələ ayıla bilməmişəm sənsizliyin komasından Çünki mən yıxıldıqca, sən qaçdın, gül, bəs nooldu dayaq? Ardınca gələbilmədim, çünki mən ayaqsız idim, sən qırxayaq Ver. 2 Mənə pıçıltıyla xəyanətindən danış bir az Necə olur ovuclarda əzablı sancılar Mən buludam, sən yağışsan yollarıma axan Mən qorxaq bir cəsarətəm, həqiqətdən qaçan Mən evini itirmiş balaca uşağam Kədərdən anasının əlini buraxan

about

© 2011, MadHouse Community, LLC

Əlaqə: goo.gl/1U67B2

credits

released February 7, 2015

license

all rights reserved

tags

about

İyirmi Beşinci Payız Baku, Azerbaijan

"İyirmi Beşinci Payız" səhifəsi tərəfindən hazırlanmışdır.

instagram: @xxvpayiz

contact / help

Contact İyirmi Beşinci Payız

Streaming and
Download help

Report this album or account

If you like Xamuş, you may also like: